Zəng et
Kenar Dairevi yol 10, Yeni Yasamal AZ1070 Baku, Azerbaijan
AZ
EN

Haqqımızda

Realest MMC-nin baş ofisi Bakıda yerləşən, yaşayış və ticari məqsədli daşınmaz əmlak sektorunda inşaat, idarə etmə və qiymətləndirmə üzrə məsləhət xidmətləri verən və Azərbaycanın bütün ərazisini əhatə edən konsaltinq şirkətidir. Müxtəlif xidmətlər göstərən bir əmlak şirkəti olaraq, Realest, əmlak sahiblərinin, kirayəçilərin və investorların adından daşınmaz əmlakla bağlı əqdlərin hər bir mərhələsində dürüst məsləhət vermə, tətbiq və idarə etməklə inteqrasiya edilmiş həll yollarını təşkil etmək mövqeyindədir. Bu həllərə beynəlxalq və yerli müştərilərə daşınmaz əmlakı qiymətləndirmək, satın almaq, maliyyələşdirmək, icarəyə vermək və idarə etmək kimi xidmətlər daxildir. Digər xidmətlər arasında yatırım qiymətləndirmə, strateji planlaşdırma, tədqiqat, portfel analizi və məkan seçimi xidmətlərini də təqdim edirik. Təcrübəmiz bizə ofis, yaşayış, ticari, ixtisaslaşmış və qarışıq istifadə məqsədli daşınmaz əmlak daxil olmaqla müxtəlif aktivləri dəstəkləməyə imkan verir. Məqsədimiz təqdim etdiyimiz hər bir xidmət vasitəsi ilə portfelinizə dəyər qatmaqdır. Realest, yerli bazarda müqayisə olunmayan dərin təcrübə ilə geniş xidmət çeşidini təqdim edə bilir. Məkanını optimallaşdırmaq istəyən bir əmlak sahibi, yeni yaxud mövcud aktivlərə investisiya qoymaq istəyən bir tikinti şirkəti və ya qiymətləndirmə, dəyərini artırma və ya satmaq istəyən əmlak sahibi olmağınızdan asılı olmayaraq, Realest bazar araşdırması, qiymətləndirmə, satın alma, icarə, əmlak idarəçiliyi sahəsində üstün bilik və təcrübəyə malik komandası ilə xidmətinizdədir.

Nümayəndələr

Lala Aliyeva
Lalə Əliyeva, satış meneceri və ekspatlarla iş üzrə ekspertdir. Müştərilərlə 12 illik iş təcrübəsi sayəsində Lalə dərhal sizə uyğun olacaq əmlak teklifi edəcək.
Sabir Abdullayev
Elit investisiya daşınmaz əmlakının satış departamentinin direktoru. Daşınmaz əmlak agenti və 10 ildir ki, Bakıda ən ekskluziv mülkləri müştərilərə təklif edir.